Necə işləyir

HR·AI ilə ilkin müsahibə necə keçir: vakansiyanı yaradın, linki göndərin, AI müsahibəni aparır, nəticəni paneldə görürsünüz.

Üç addımda

  1. Sualları yazın

    Vakansiya üçün sualları, əlavə sualları və qiymətləndirmə meyarlarını özünüz təyin edin. Müsahibənin müddətini və formatını seçin.

  2. Namizədləri dəvət edin

    Namizədə şəxsi link e-poçtla gedir. O, müsahibəni istədiyi vaxt, 7/24 keçə bilər. Təqvim uyğunlaşdırmaq lazım deyil.

  3. Nəticələri müqayisə edin

    Hər cavab meyarlarınız üzrə ballanır, hər balın səbəbi yazılır. Cavabları dinləyin, namizədləri müqayisə edin və ən uyğunlarını növbəti mərhələyə çağırın.

Real müsahibə necə keçir

Solda namizəd linki açanda gördüyü ekran, sağda müsahibə bitəndən sonra HR panelində görünən nəticə. Hər ikisi məhsulun özündəki kimidir.

1Namizəd müsahibədə

🔒 hrai.az/interview/7f3a…

Nümunə MMC

Backend Developer

⏱ 24:12Sual 1/2
AI müsahibəçi

Verilənlər bazasında sorğu yavaş işləyəndə nədən başlayırsınız?

SizVideo yazılır
AI danışır…Keç

2HR nəticəni görür

🔒 hrai.az/sessions/128

← Backend Developer

Aysel Məmmədova

Tamamlanıb

Cavablandırılıb 2 / 2·Sərf olunan vaxt 18 / 25 dəq

Ümumi bal

82%

Namizəd verilənlər bazası optimallaşdırmasında güclü praktiki təcrübə göstərdi: yavaş sorğunu EXPLAIN ilə təhlil edir və həllini ölçmələrlə əsaslandırır. Monitorinq alətlərindən daha ətraflı danışa bilərdi.

Müsahibə videosu

06:12 / 18:24

Sual 1

Verilənlər bazasında sorğu yavaş işləyəndə nədən başlayırsınız?

Cavab (səs yazısı)

0:38 / 1:34

▶ Videoda bax · 02:15

Əlavə sual: Bunu real layihədən konkret bir nümunə ilə izah edə bilərsinizmi?

Texniki dəqiqlik5/5

Sorğu planını oxumağı və indeksin təsirini düzgün izah etdi.

Praktiki təcrübə4/5

Real layihədən nümunə gətirdi, amma nəticəni necə izlədiyini demədi.

Balı düzəlt

AI qiymətləndirməsi tövsiyədir, hər balın səbəbi yazılır. Yekun qərarı HR verir.

Namizəd cavablarını səslə verir. HR hər cavabın səs yazısını dinləyir və müsahibə videosuna baxır.

İlk müsahibəni bu gün göndərin

Qeydiyyat bir dəqiqə çəkir. Sualları yazın, namizədə link göndərin, nəticəni görün.

Pulsuz hesab yarat