AIAzərbaycan şirkətləri üçün

İlkin müsahibələri AI aparsın, qərarı siz verin

Sualları siz yazırsınız. AI müsahibəçi namizədlərlə videolu müsahibə aparır, cavabları meyarlarınız üzrə qiymətləndirir və hər balın səbəbini izah edir.

3 sınaq müsahibəsi pulsuz. Kart tələb olunmur.

Backend Developer

Canlı nümunə

Ümumi bal

78%

AI müsahibəçi

REST və GraphQL arasındakı əsas fərqləri izah edin.

NamizədYazılır

HR panelində

Texniki dəqiqlik4/5
Praktiki nümunə3/3
Cavabın səsi0:42

Bu, nümunədir. Real nəticələr HR panelində görünür.

  • Suallar yalnız sizdən
  • Videolu müsahibə
  • Əsaslandırılmış qiymətləndirmə
  • Vaxt nəzarəti
  • Üç dil
  • Video yazısı

Üç addımda

  1. Sualları yazın

    Vakansiya üçün sualları, əlavə sualları və qiymətləndirmə meyarlarını özünüz təyin edin. Müsahibənin müddətini və formatını seçin.

  2. Namizədləri dəvət edin

    Namizədə şəxsi link e-poçtla gedir. O, müsahibəni istədiyi vaxt, 7/24 keçə bilər. Təqvim uyğunlaşdırmaq lazım deyil.

  3. Nəticələri müqayisə edin

    Hər cavab meyarlarınız üzrə ballanır, hər balın səbəbi yazılır. Cavabları dinləyin, namizədləri müqayisə edin və ən uyğunlarını növbəti mərhələyə çağırın.

Real müsahibə necə keçir

Solda namizəd linki açanda gördüyü ekran, sağda müsahibə bitəndən sonra HR panelində görünən nəticə. Hər ikisi məhsulun özündəki kimidir.

1Namizəd müsahibədə

🔒 hrai.az/interview/7f3a…

Nümunə MMC

Backend Developer

⏱ 24:12Sual 1/2
AI müsahibəçi

Verilənlər bazasında sorğu yavaş işləyəndə nədən başlayırsınız?

SizVideo yazılır
AI danışır…Keç

2HR nəticəni görür

🔒 hrai.az/sessions/128

← Backend Developer

Aysel Məmmədova

Tamamlanıb

Cavablandırılıb 2 / 2·Sərf olunan vaxt 18 / 25 dəq

Ümumi bal

82%

Namizəd verilənlər bazası optimallaşdırmasında güclü praktiki təcrübə göstərdi: yavaş sorğunu EXPLAIN ilə təhlil edir və həllini ölçmələrlə əsaslandırır. Monitorinq alətlərindən daha ətraflı danışa bilərdi.

Müsahibə videosu

06:12 / 18:24

Sual 1

Verilənlər bazasında sorğu yavaş işləyəndə nədən başlayırsınız?

Cavab (səs yazısı)

0:38 / 1:34

▶ Videoda bax · 02:15

Əlavə sual: Bunu real layihədən konkret bir nümunə ilə izah edə bilərsinizmi?

Texniki dəqiqlik5/5

Sorğu planını oxumağı və indeksin təsirini düzgün izah etdi.

Praktiki təcrübə4/5

Real layihədən nümunə gətirdi, amma nəticəni necə izlədiyini demədi.

Balı düzəlt

AI qiymətləndirməsi tövsiyədir, hər balın səbəbi yazılır. Yekun qərarı HR verir.

Namizəd cavablarını səslə verir. HR hər cavabın səs yazısını dinləyir və müsahibə videosuna baxır.

Açıq vakansiyalar

Bəyəndiyiniz vakansiyaya müraciət edin və AI müsahibəyə dərhal qoşulun.

HR komandası üçün qurulub

Vaxtınızı ən uyğun namizədlərlə görüşməyə sərf edin. İlkin süzgəci sistem aparır.

Suallar yalnız sizdən

AI öz sualını uydurmur. Namizədə yalnız sizin yazdığınız suallar və əvvəlcədən hazırlanmış cümlələr çatır.

Videolu müsahibə

AI müsahibəçi sualları təbii səslə oxuyur, namizəd kamera qarşısında danışaraq cavab verir. Cavabı başqa yerdən köçürmək çətinləşir.

Əsaslandırılmış qiymətləndirmə

Hər balın səbəbi qısa izahla yazılır. Cavabı səs yazısında dinləyib balı özünüz düzəldə bilərsiniz.

Vaxt nəzarəti

Müsahibənin ümumi müddətini siz təyin edirsiniz. Vaxt bitəndə müsahibə avtomatik bağlanır.

Üç dil

Azərbaycan, rus və ingilis dillərində müsahibə. Namizədlərin dilləri qarışdırması nəzərə alınır.

Video yazısı

Hər müsahibənin videosuna baxa, istənilən cavaba bir kliklə keçə və AI-ın balını öz qeydinizlə düzəldə bilərsiniz.

Ədalətli və şəffaf

Avtomatlaşdırılmış müsahibə namizədə qarşı ədalətli olmalıdır. Sistem buna görə belə qurulub:

  • Ayrı-seçkilik sualları yoxdur. AI sual uydurmur, namizədə yalnız HR-ın təsdiqlədiyi suallar verilir.

  • Şəxsi xüsusiyyətlər nəzərə alınmır. Yaş, cins, ailə vəziyyəti, din və sağlamlıq balı təyin etməməlidir. Model buna görə ayrıca təlimatlandırılıb.

  • Namizəd məlumatlandırılır. Müsahibəni AI-ın apardığını bilir və razılıq verir.

  • Son söz insandadır. AI tövsiyə edir, HR balları düzəldə və qərar verə bilər.

Sadə qiymətlər

Pulsuz başlayın, ehtiyac yarandıqca planı yüksəldin.

Bütün planlara bax →

Tez-tez verilən suallar

Qərarı süni intellekt verir?
AI namizədə uyğunsuz sual verə bilərmi?
Ailə vəziyyəti, yaş kimi məlumatlar qiymətləndirməyə təsir edirmi?
Namizəd nə görür?
Məlumatlar harada emal olunur?
Pulsuz planda nə var?

İlk müsahibəni bu gün göndərin

Qeydiyyat bir dəqiqə çəkir. Sualları yazın, namizədə link göndərin, nəticəni görün.

Pulsuz hesab yarat